Nazir: Rusiya Azərbaycanla ticarət məhdudiyyətlərini aradan qaldırmaq niyyətindədir


Digərləri 25 May 2018 20:27:00 263 0

Nazir: Rusiya Azərbaycanla ticarət məhdudiyyətlərini aradan qaldırmaq niyyətindədir

Rusiya Azərbaycanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması layihəsi üzərində işləyir

Bakı. Rusiya Azərbaycanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması layihəsi üzərində işləyir. Trend-in məlumatına görə, bunu Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib. Nazir bildirib: “Beş istiqamət üzrə konkret fəaliyyət planı təklif olunub. Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya fasiləsiz olaraq investisiyalar gedir. Bizim təkcə iqtisadi deyil, həm də humanitar və mədəni səviyyədə möhkəm əlaqələrimiz var. Rusiyada çoxlu azərbaycanlı, Azərbaycanda çoxlu rus yaşayır. Bu, bizim ölkələrimizi yaxınlaşdırır və bütün sahələrdə münasibətləri inkişaf etdirməyə imkan verir”. M.Oreşkin vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərdə böyük irəliləyiş qeydə alınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin