Qida Təhlükəsizliyi Agentliyi monitorinq keçirdi


Digərləri 25 May 2018 19:48:00 260 0

Qida Təhlükəsizliyi Agentliyi monitorinq keçirdi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərindəki monitorinqləri çərçivəsində 24-25 may tarixlərində bir sıra ictimai iaşə obyektlərində monitorinqlər həyata keçirib. 

Son.az bildirir ki, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlərdə Agentlik əməkdaşları  "Azərbaycan Supermarket","Azərbaycan Restaurants" və "Mari Vanna Operating Company" MMC-lərin fəaliyyəti ilə yaxından tanış olub.

Qida təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət daşıyan ictimai iaşə obyektlərinin qarşısında qoyulan tələblər haqqında sahibkarlıq subyektlərinə geniş məlumatlar verilib. Qida zəncirinin  bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb.