İri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib


Digərləri 25 May 2018 19:40:00 306 0

İri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib

İri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib.

Bakı. Bu ilin yanvar ayının əvvəllərindən etibarən Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 4 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 123755 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 56895 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.