ATƏTin daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək


Siyasət 25 May 2018 19:20:00 259 0

ATƏTin daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

Yaxın zamanlarda ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin Cənubi Qafqaz regionuna səfəri gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki,  bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki, təxminən, 30 daimi nümayəndəsi səfər edəcək. Q.İsrafilov eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətində iştirakına qarşı çıxır.

Səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.