“Əziyyəti çöldəkilər çəkir, biz çəkmirik” Əfv olunan məhkum VİDEO FOTO


Digərləri 25 May 2018 19:08:00 283 0

“Əziyyəti çöldəkilər çəkir, biz çəkmirik”   Əfv olunan məhkum  VİDEO  FOTO

Şəkidən 33 məhkum azadlığa buraxılıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamının icrası bu gün başa çatıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Şəki Penitensiar müəssisəsində də əfv olunan məhkumlar azadlığa qovuşdular.

Əfv sərəncamına əsasən, bu gün Şəki Penitensiar müəssisəsində cəza çəkən 33 məhkum azadlığa buraxılıb.

Nicat Bayramov - əfv olunan: "Gözəl hisslərdir. Azadlığın qiyməti yoxdur. əziyyəti çöldəkilər çəkir, biz çəkmirik. Biz içəridə oturmuşuq. Allah bütün valideyinləri sevindirsin".

Həqiqət Bayramova - valideyn: "Bu hisslər bütün analara qismət olsun. Tezliklə bütün məhbusların Allah xeyirlisi ilə qapısını açsın".


Xəbərə aid fotolar