Kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimi başa çatıb (VİDEO)


Digərləri 25 May 2018 18:50:00 401 0

Kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimi başa çatıb (VİDEO)

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.

Bakı. Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.