Əfv sərəncamının icrası uğurla başa çatdırılıb FOTO


Digərləri 25 May 2018 18:33:00 286 0

Əfv sərəncamının icrası uğurla başa çatdırılıb  FOTO

Azərbaycan Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" 24 may 2018-ci il tarixli 137 saylı sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən 25 may tarixində başa çatdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki,  Penitensiar Xidmətin müəssisələrində bu humanist aktın mahiyyəti və əhəmiyyəti barədə qurumun Baş idarəsinin məsul əməkdaşları məhkumlar qarşısında çıxış edib, izahat işləri aparıblar. Əfv sərəncamının icrasının geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, Əfv Komissiyasının və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri, ictimai birlik və çoxsaylı kütləvi vasitələrinin nümayəndələri iştirak ediblər.

Əfvin icrası müəssisələrdə məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə mütəşəkkil və təntənəli şəraitdə başa çatdırılıb.

Sərəncam ümumilikdə 634 məhkuma şamil olunub. Onlardan 607 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.


Xəbərə aid fotolar