“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir


Digərləri 25 May 2018 18:26:00 342 0

“Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

28 May "Respublika günü" münasibətilə mobil operator "Nar" abunəçilərini təbrik edir. Belə ki, "Nar"-ın Turbo internet paketlərindən birini sifariş edərkən abunəçilər mobil operatordan bonus internet də əldə edirlər.

"Nar" abunəçiləri Turbo XS, S və M paketlərini sifariş edərkən 100 MB; Turbo L, L+, XL, 2XL və 3XL paketlərini sifariş edərkən isə 1GB bonus internet paketi qazanır. Bu kampaniya müstəqilliyimizin 100 illiyi münasibətilə keçirilir və kampaniyaya qoşulmaq üçün heç bir şərt yoxdur. 

Kampaniya mayın 31-nə kimi davam edir. Təqdim olunan bonusların istifadə müddəti 7 gündür və kampaniya bitdikdən sonra da, əgər bonusun istifadə müddəti bitməyibsə, abunəçi bonuslardan istifadə edə bilər. Bonusları *777#20#YES şifrəsi ilə yoxlamaq mümkündür.