İtaliyalı professor Azərbaycan haqqında məqalə yazıb


Digərləri 25 May 2018 18:09:00 255 0

İtaliyalı professor Azərbaycan haqqında məqalə yazıb

Helsinkidə fəaliyyət göstərən Mədəni İrs Akademiyasının rəsmi saytında (ACU) VI Qlobal Bakı Forumuna həsr olunmuş geniş məqalə dərc olunub.

Bakı. Helsinkidə fəaliyyət göstərən Mədəni İrs Akademiyasının rəsmi saytında (ACU) VI Qlobal Bakı Forumuna həsr olunmuş geniş məqalə dərc olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, məqalənin müəllifi Helsinki Universitetinin professoru Eero Tarastidir. Məqalədə Bakıda "İnklüziv cəmiyyətlər yaratmaq üçün boşluqların aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu barədə geniş məlumat verilib. Müəllif qeyd edir ki, forum zamanı dialoqun, səmimiyyətin, demokratiyanın, mədəniyyətlərarası qarşılıqlı əlaqələrin, bürün xalqların bərabərliyi, dözülməzliyin doğurduğu risklər müzakirə olunub. "Bu, artıq Bakıda bir çox dünya liderlərinin iştirakı ilə keçirilən VI forum idi. Məkan şəhərin ən gözəl binalarından birində yerləşən məşhur göydələn "Alov qüllələri" - "Fairmont" hoteli idi," - deyə müəllif yazır. Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Nizaminin mədəni irsi müasir dövrdə" adlı simpoziumun keçirildiyini diqqətə çatdıran müəllif qeyd edib ki, Nizami Azərbaycanın Gəncə şəhərində doğulub yaşadığından Azərbaycanın milli sərvəti hesab edilir.