Akif Çovdarov məhkəmədən bəraət istədi


Digərləri 25 May 2018 17:46:00 239 0

Akif Çovdarov məhkəmədən bəraət istədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov çıxış edib.

O, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin təmin olunmamasını istəyib.

Məhkəmə Kollegiyası qərarı elan etmək üçün müşavirəyə çıxıb.

Qərar mayın 29-da elan ediləcək.