Hiquain Chelse-yə, Morata Juventus-a


İdman 25 May 2018 17:32:00 272 0

Hiquain Chelse-yə, Morata Juventus-a

Maurisio Sarri yaxın vaxtlarda Chelsea-nin sükanı arxasına keçə bilər. Təcrübəli mütəxəsis heyətlə bağlı planlarını indidən qurub. Goal.az xəbər verir ki, Sarri Napoli-dəm yaxşı tanıdığı Qonzalo Hiquaini London klubuna gətirməyi nəzərdə tutub. Potensial transfer üçün "zadəganlar"ın 55 milyon avro xərci çıxa bilər. Alvaro Morata da Juventus-a göndərilə bilər. Həm futbolçu, həm də Turin klubu yenidən qovuşmağa razıdır. Morata 2014-16-cı illərdə "qoca senyora"nın şərəfini qoruyub.