ABŞ konsulu: “Azərbaycandakı “Greencard” agentliklərinin ABŞ səfirliyilə əlaqəsi yoxdur” MÜSAHİBƏ


Digərləri 25 May 2018 17:25:00 254 0

ABŞ konsulu: “Azərbaycandakı “Greencard” agentliklərinin ABŞ səfirliyilə əlaqəsi yoxdur”  MÜSAHİBƏ

Ceremi Litl: "Birbaşa ABŞ-ın səfirliyilə danışa bilərsiniz və fərqli şirkətlərin xidmətindən istifadə etmək lazım deyil"

Son.az bildirir ki, ABŞ-ın Bakıdakı konsulu Ceremi Litl "Greencard"la bağlı Modern.az saytınınsuallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Biz istərdik ki, siz "Greencard"la bağlı 2018-ci ilin nəticələrini aydın izah edəsiniz. Nə qədər azərbaycanlı bu lotereyanı uddu?

- Biz son zamanlar azərbaycanlıların "Greencard" almaq üçün müraciətlərinin çoxaldığının şahidi oluruq. Hər il bu lotereyanı udan azərbaycanlıların sayı artır. Ötən ilin nəticələrinə görə, 434 azərbaycanlı bu lotereyanı udmuşdu. Bu il isə "Greencard" lotereyasını udan azərbaycanlıların sayı 916 oldu.

2016, 2017, 2018-ci illər üzrə Azərbaycandan müraciət edənlərin sayı hələ ki, açıqlanmır. Bu barədə son statistik rəqəm 2015-ci ilə aiddir. Həmin il Azərbaycandan "Greencard" almaq üçün müraciət edənlərin sayı 13 min 986 nəfər olub.

- Mən heç vaxt Amerikada olmamışam. Mənim üçün maraqlıdır, niyə insanlar hamısı ABŞ-a getmək və ya oranın vətəndaşı olmaq istəyir?

- Bu suala cavab vermək üçün yalnız öz fikirlərimdən istifadə edəcəyəm. Mən immiqrasiya sahəsində 12 ilə yaxındır ki, fəaliyyət göstərirəm. Mənim üçün Azərbaycana gəlib Azərbaycanda fəaliyyət göstərmək öz karyeramda inkişafa nail olmaqdır. ABŞ-a getmək istəyən insanların istəyinə gəlincə, bu, öz-özlüyündə maraq kimi təsbit oluna bilər. ABŞ-da peşəkarlar üçün öz fəaliyyətlərini davam etdirməyə çoxsaylı imkanlar mövcuddur. Bu cür insanlar sözügedən imkanlardan yararlanaraq peşəkarcasına öz karyeralarını yüksəldə bilərlər. Bunun əldə olunması üçün yollar var. "Greencard" lotereyası da bu yollardan biridir.

- Fərz edək ki, mən "Greencard" üçün müraciət etdim və qalib oldum. Qeyd etdiniz ki, ABŞ iş üçün geniş imkanlar açır. Bəs söhbət hansı növ işlərdən gedir?

- Hər şey sizin özünüzdən, əldə etdiyiniz bacarıqlardan, görə biləcəyiniz işlərdən asılıdır. Bir amil də var - bu da bəxt amilidir. Yaddan çıxarmayaq ki, "Greencard"ı əldə etmək üçün şans amili də ön plandadır.

Mən səfirliklərdə işləyən həmkarlarımla da rastlaşmışam, məlum olub ki, onlar da vaxtı ilə ABŞ-a "Greencard" vasitəsi ilə köçüblər. Ehtimalla demək olar ki, əgər siz müəyyən sahədə püxtələşmiş peşəkarsınızsa, ABŞ-a köçərkən bu sahədə işlərinizi uğurla davam etdirə bilərsiniz.

Universitetə təzə qəbul olunmusunuzsa və bundan sonra ABŞ-a gedirsinizsə, Amerika universitetində öz təhsilinizi davam etdirə bilərsiniz. Amerikanın ümumiyyətlə peşəkarlara ehtiyacı var və insanların işləməsi üçün də geniş imkanlar var.

- Bəziləri "Greencard"ın nəticələri açıqlananda narazılıq etdilər, axtarış sistemində problem olduğunu bildirdilər.

- Narazılıq doğuran məqamlar barədə spesifik şəkildə söhbət etmək lazımdır. Gəlin, son statistik məlumatlara nəzər yetirək. Bizdə dərc olunan son statistikaya əsasən 11 minə yaxın azərbaycanlı "Greencard" almaq üçün müraciət edib. 11 min nəfərin arasından 400 ya da 500 insan uğur qazanmışdı.

2017-ci ildən danışarkən, bir məqamı diqqətinizə çatdırmaq istərdim. Siz təqdim etdiyiniz məlumatlardan sonra adınızı siyahıya daxil etmək istəyirsiniz. "Greencard"a müraciət etmək prosesində bir neçə mərhələ var. Siz bu mərhələlərdə uğursuzluğa uğraya bilərsiniz. Belə bir inam yarana bilər ki, siz artıq müsahibəyə də çağırılmısınız, lakin mərhələlərin birində uğursuzluğa düçar olmusunuz.

Bundan başqa, müxtəlif agentliklər fəaliyyət göstərir ki, onlar vasitəçilik rolunu oynayırlar. Onlar insanların müraciətlərini götürür və onları təqdim edir.

Siz dediyiniz ayrı-ayrı şikayətlərə gəlincə, düşünürəm ki, bunlara fərdi şəkildə yanaşmaq lazımdır. Bu məqamlar barədə mənə dəqiq məlumatlar lazımdır ki, onları araşdıra bilək.

- ABŞ səfirliyinin "Greencard Azerbaijan" şirkəti ilə hər hansı əməkdaşlığı varmı?

- Bu, çox yaxşı sualdır. Bu məqam haqqında xüsusilə danışmaq istərdim. Biz Azərbaycanda "Greencard"la bağlı fəaliyyət göstərən agentliklər barədə məlumatlarımız var. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, sözügedən agentliklərlə ABŞ səfirliyinin hər hansı bir əlaqəsi, əməkdaşlığı yoxdur.


Xəbərə aid fotolar