Energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyəti yoxlanılıb


Digərləri 25 May 2018 17:27:00 323 0

Energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyəti yoxlanılıb

energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib

Bakı. Energetika müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair sayca 12-ci müsabiqə-baxış keçirilib. “Azərenerji” ASC-dən Trend-ə verilən məlumata görə, qurumda əməyin mühafizəsinin təşkilinə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə xüsusi diqqət və qayğı göstərilir. Energetika müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsinin, bədbəxt hadisələrin qarşısının alınmasının, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza məşqlərinin, əməyin mühafizəsi üzrə illik nomenklatur tədbirlər planının yerinə yetirilməsinin, işçi heyətinin təlimatlandırılması və bilik-bacarıqlarının artırılması sahəsində aparılan işlərin nəticəsi ilə bağlı hər il müsabiqə-baxış təşkil olunur.