SOCAR-ın Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu başlayıb


Digərləri 25 May 2018 17:18:32 293 0

SOCAR-ın Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu başlayıb

Sənəd qəbulu elektron formada həyata keçirilir.

Bakı. SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə “aparatçı”, “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik”, “kimyəvi analiz laborantı”, “kompressor qurğularının maşinisti”, “təmirçi çilingər”, “avtoyükləyici maşinist” və “NÖC və avtomatika” peşələri üzrə sənəd qəbulu elan edilib. SOCAR-dan Trend-ə verilən məlumata görə, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər.