Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər


Kriminal 25 May 2018 17:08:00 228 0

Azərbaycanlılar fermeri öldürüb arvadına təcavüz etdilər

Rusiyanın Volqaqrad əyalətində Azərbaycan və Özbəkistandan olan altı miqrant çinli fermeri öldürüb arvadına isə təcavüz ediblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əkin sahələrində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan şübhəlilər Çin vətəndaşı olan istixana sahibinin böyük satış həyata keçirdiyini öyrəniblər. 

Dəyənəklərlə silahlanan miqrantlar (altısı özbək, ikisi azərbaycanlı) ötən ilin sentyabrın 22-də gecə yarısı fermerin evinə hücum edərək onu və arvadının əllərini bağlayaraq mənzildə pul axtarışına çıxıblar. Lakin heç bir pul vəsaiti tapmayıblar.