İtaliyalı professor yazdığı məqalədə Azərbaycanı o ki var tərifləyib FOTO


Dünya 25 May 2018 16:52:00 258 0

İtaliyalı professor yazdığı məqalədə Azərbaycanı o ki var tərifləyib  FOTO

Helsinkidə fəaliyyət göstərən Mədəni İrs Akademiyasının rəsmi saytında (ACU) VI Qlobal Bakı Forumuna həsr olunmuş geniş məqalə dərc olunub. Məqalənin müəllifi Helsinki Universitetinin professoru Eero Tarastidir.

Məqalədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Son.az-a verilən məlumata görə, məqalədə Bakıda "İnklüziv cəmiyyətlər yaratmaq üçün boşluqların aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu barədə geniş məlumat verilib. Müəllif qeyd edir ki, forum zamanı dialoqun, səmimiyyətin, demokratiyanın, mədəniyyətlərarası qarşılıqlı əlaqələrin, bürün xalqların bərabərliyi, dözülməzliyin doğurduğu risklər müzakirə olunub. "Bu, artıq Bakıda bir çox dünya liderlərinin iştirakı ilə keçirilən VI forum idi. Məkan şəhərin ən gözəl binalarından birində yerləşən məşhur  göydələn "Alov qüllələri" - "Fairmont" oteli idi," - deyə müəllif yazır. 

Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Nizaminin mədəni irsi müasir dövrdə" adlı simpoziumun keçirildiyini diqqətə çatdıran müəllif qeyd edib ki, Nizami Azərbaycanın Gəncə şəhərində doğulub yaşadığından Azərbaycanın milli sərvəti hesab edilir.

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlının yaşadığını vurğulayan E.Tarasti Azərbaycan dilinin Türk dilləri qrupuna aid olduğuna diqqət çəkir. Məqalədə Azərbaycan milli musiqisi haqqında geniş məlumat verilir, muğam özünəməxsus ənənəvi musiqi janrı kimi səciyyələndirilir: "Muğam triosu 19-cu əsrdən etibarən Azərbaycanda geniş yayılmağa başlayıb. Muğamın Ü.Hacıbəyovdan başlayaraq klassik musiqi bəstəçilərinə böyük təsiri olub".


Xəbərə aid foto