“Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”


Digərləri 25 May 2018 16:05:00 215 0

“Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

"Azərbaycan hökuməti ölkənin energetika sektorunda islahatlar həyata keçirməyi planlaşdırır".  

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaç Tbilisidə keçirilən Cənubi Qafqaz Enerji Sammitində çıxışı zamanı deyib. 

O bildirib ki, Azərbaycan hökumətinin qərarı digər faktorlarla yanaşı Gürcüstanın bu istiqamətdə əldə etdikləri nailiyyətlərlə də bağlıdır: "Azərbaycan Gürcüstanda baş verən proseslərlə çox maraqlanır".

Y.Kopaç qeyd edib ki, Türkiyə energetika sahəsində genişmiqyaslı islahatlar həyata keçirib: "Türkiyə bu sahədə Gürcüstanla daha sıx münasibətlər qurmaq istəyir. Ermənistan, İran və Rusiyanın enerji  sistemləri arasında əlaqələr haqqında da eyni fikirləri demək olar. Bütün bu məsələlər regional əməkdaşlıq üçün yeni ideyalar yaradır".