"Azərbaycanda məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir"


Digərləri 25 May 2018 15:32:00 307 0

"Azərbaycanda məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir"

"Son 15 ildə Azərbaycan əhalisi 1.5 milyon nəfər artıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, Baş nazirin müavini Əli Əhmədov komissiyanın rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan əhalisi hər il 1.2 faizə qədər artır: "Bu isə o deməkdir ki, biz hər il 100 mindən artıq iş yeri yaratmalıyıq".