Sumqayıt-da yeni müqavilə


İdman 25 May 2018 15:18:00 250 0

Sumqayıt-da yeni müqavilə

Sumqayıt daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Goal.az xəbər verir ki, yarımmüdafiəçi Cavid Tağıyev gələn mövsüm də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.  Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub. Sumqayıt daha öncə kapitan Vurğun Hüseynovla müqaviləni 2 il müddətinə uzadıb.