ABŞ komandanı: “ABŞ - Şimali Koreya liderlərinin görüşü təxirə salınıb”


Dünya 25 May 2018 14:49:15 285 0

ABŞ komandanı: “ABŞ - Şimali Koreya liderlərinin görüşü təxirə salınıb”

Şimali Koreyanın Xarici İşlər Nazirliyi isə rəsmi Pxenyanın ABŞ-la danışıqlara istənilən vaxt hazır olduğunu bildirib

“ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş ləğv edilməyib, təxirə salınıb”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin komandanı, general Vinset Bruks bildirib.

“Bu görüşlə bağlı narahat deyiləm. Çünki imkanlar hələ itirilməyib. Bu görüş, sadəcə olaraq, bir müddət sonrayadək təxirə salınıb”, - general mayın 25-də Seulda çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, mayın 24-də ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşü təxirə saldığını bildirib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi isə rəsmi Pxenyanın ABŞ-la danışıqlaraistənilən vaxthazır olduğunu bildirib.