Nazir: Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb (FOTO)


Digərləri 25 May 2018 14:21:23 290 0

Nazir: Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb (FOTO)

2018-ci ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb.

Bakı. İlkin Şəfiyev - 2018-ci ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi 10 faiz artıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunmuş konfransda deyib. Nazir bildirib ki, ötən il bu göstərici 3,7 faiz olub: "Həmçinin qeyd edim ki, cari ilin irinci rübü ərzində qeyri-neft ixracı 35 faiz artıb. Ötən 15 ilin göstəricilərinə gəlincə, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Burada əsas rolu sahibkarlar, xüsusən qeyri-neft sektorunun təmsilçiləri oynayırlar. Hesabat dövründə sahibkarlıq subyektlərinin sayı 4 dəfə, o cümlədən hüquqi şəxslər iki dəfə, fiziki şəxslər 5 dəfə artıb. Məşğulluq strukturunda özəl sektorun payı 75 faiz təşkil edir". Ş.Mustafayev qeyd edib ki, dövlət sahibkarlığın inkişafına böyük diqqət göstərir: