Bakıda itkin düşən 82 yaşlı qadın tapıldı
Digərləri 25 May 2018 14:16:00 272 0
Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub.
DİN-dən Son.az-a verilən məlumata görə, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər.
Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib.
Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər.
Mənbə: milli.az