72 məhkum ombudsmanın vəsatəti ilə əfv olundu


Digərləri 25 May 2018 13:43:00 285 0

72 məhkum ombudsmanın vəsatəti ilə əfv olundu

72 məhkum ombudsmanın vəsatəti ilə əfv olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova qeyd edib: "Bu gün biz çox həyəcanlı bir gün yaşadıq. Yəni dünən ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 634 məhkum əfv edildi və bu əfv sərəncamının icrasını bu gün həyata keçirdik".

Ombudsman bildirib ki, Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə, yəni müstəqilliyimiz dövründə 11 dəfə amnistiya aktı, 64 dəfə əfv sərəncamı icra olunub: "Bu, çox böyük rəqəmlərdir".

O əlavə edib ki, sonuncu əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın vəsatəti, təklifi ilə əfv olunub.

E.Süleymanova əfv olunan şəxslərin səhvlərindən nəticə çıxaracaqlarına əmin olduğunu bildirib.