Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək


Siyasət 25 May 2018 13:25:09 230 0

Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək

Şuay Alpay ADR-in 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay bu gün Gəncəyə gələcək.

Bu barədə "Report"a Türkiyənin Azərbaycandakısəfiri Erkan Özoral deyib.

O bildirib ki, Şuay Alpay Azərbaycan Demokratik Respublikasının (ADR)100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, onun anasınınatası (babası)Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub və Azərbaycanın Milli Qəhrəmanıdır. Həmçinin 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi məhz Məhəmməd Qasım bəyə tapşırılıb.