İsko Premyer Liqa klubundan sərfəli təklif aldı


İdman 25 May 2018 13:14:00 324 0

İsko Premyer Liqa klubundan sərfəli təklif aldı

Real Madrid-in yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Manchester City ispan futbolçunun xidmətində maraqlıdır.  “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola düşünür ki, İsko onun komandası üçün çox faydalı ola bilər. İngiltərə klubu keçid üçün 80 milyon avro ödəməyə hazırdır.

Futbolçu özü Manchester City-yə keçməyə razıdır. Çünki Real Madrid-də daim əsas heyətə düşə bilmədiyindən İsko klubunu dəyişmək fikrindədir. 

Qeyd edək ki, ispan yarımmüdafiəçi Real-da ildə 6 milyon avro qazanır. Manchester City-yə keçəcəyi halda, onun qazancı təxminən 2 dəfə artacaq.