31 mayadək cehizlik əldə etməyə tələsin!


Digərləri 25 May 2018 13:12:00 296 0

31 mayadək cehizlik əldə etməyə tələsin!

Bakı Şopinq Festivalı fürsətlərindən sərfəli qiymətlərlə alış-veriş edin!

Artıq 25 gündür ki, davam edən Bakı Şopinq Festivalı cəmiyyətin hər təbəqəsi üçün alış-verişi daha sərfəli və əlçatan etməkdə davam edir.

Son.az bakushopfest-ə istinadən xəbər verir ki, yazın gəlişi ilə  festival cehizlik alış-verişlərini daha da sərfəli edib! Yalnız mayın 31-dək alıcılar festivalda iştirak edən mağazalarda ən keyfiyyətli, hər zövqə uyğun və müasir mebel dəstlərini, məişət avadanlıqları, elektronika və qab-qacaqları daha sərfəli qiymətlərlə əldə edə bilərlər.  Festival iştirakçısı olan mağazalar yalnız bu günlərdə öz mallarına  50% faizədək endirimlər təklif edirlər. Siz bu mağazalarda alış-veriş etməklə, həmçinin Tax Free imkanından yararlanaraq ödədiyiniz ƏDV-nin bir qismini geri ala  bilirsiniz. Tələsin! Festivalın bitməyinə cəmi 6 gün qalır! Bakı Şopinq Festivalından alış-veriş edin, toy sevincinizə şopinq sevinci qatın!

Bakı Şopinq Festivalının ƏDV köşklərinin ünvanları ilə  festivalın rəsmi saytındakı keçid http://bakushopfest.com/edv-koshkleri/ vasitəsilə tanış ola bilərsiniz.

Müvəkkil bankların ünvanları və iş vaxtları ilə tanış  olmaq üçün isə festivalın rəsmi saytındakı  http://bakushopfest.com/muvekkil-banklar/ keçidinə daxil  olun.