Orxan Məmmədov: "Azərbaycanın rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır"


Digərləri 25 May 2018 13:07:00 293 0

Orxan Məmmədov: "Azərbaycanın rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır"

Artıq keçirilməsi ənənə halını almış bu konfrans dövlət-sahibkar münasibətlərinin inkişafı istiqamətində mühüm platforma kimi çıxış etməklə yanaşı, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması baxımından mühüm rol oynayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov İqtisadiyyat Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışında deyib.

İcraçı direktor bildirib ki, ötən illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin ardıcıl reallaşması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə yüksəlib:

"Təbii ki, bu, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olub. Bununla yanaşı, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürüb. Məhz bu tələblərin reallaşdırılması, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb".

O.Məmmədov Agentliyin yaradılmasını dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirərək bu münasibətlə biznes ictimaiyyətini təbrik edib.

O qeyd edib ki, Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda - Kiçik və Orta Biznes evlərində təşkilini, əlaqələndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcək: