Azərbaycanda sahibkarlara ödəyəcəkləri gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək


İqtisadiyyat 25 May 2018 12:50:00 289 0

Azərbaycanda sahibkarlara ödəyəcəkləri gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək

Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılacaq

“Dövlət Gömrük Komitəsində (DGK) vahid SMS-məlumatlandırma sistemi yaradılacaq. Sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək”.

“Report" xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq.