ETSN: "Azərovçu" İctimai Birliyi tərəfindən verilən biletlər qüvvədə deyil


Digərləri 25 May 2018 12:57:00 301 0

ETSN: "Azərovçu" İctimai Birliyi tərəfindən verilən biletlər qüvvədə deyil

Biz gələcəkdə Azərbaycan ərazisində ov fəaliyyətinin məhdudlaşdırılmasında maraqlıyıq. Lakin biz bu məsələdə yerli ovçuların, turistlərin də maraqlarını nəzərə almalıyıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında ov fəaliyyəti qadağan edilib: "Naxçıvanda bunun müsbət tərəfləri özünü göstərməkdədir. Artıq bəzi növlərin sayı artıb".

H.Əlizadə deyib ki, Azərbaycanda qanunsuz ovlanma səbəbindən hansısa növün azalması barədə məlumat yoxdur.