Gürcüstanda insan alverində şübhəli bilinən azərbaycanlı qadın saxlanılıb


Kriminal 25 May 2018 12:45:00 239 0

Gürcüstanda insan alverində şübhəli bilinən azərbaycanlı qadın saxlanılıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda insan alverində şübhəli bilinən qadın saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü L.Q. adlı şəxs sistematik olaraq insan alveri ilə məşğul olub. İstintaqla müəyyən olunub ki, saxlanılan qadın Marneulidə hotel tipli obyektdə müxtəlif yaşlı qızları psixi və fiziki zorakılığa məruz qoyaraq, onları cinsi istismara təhrik edib.