"Prezident İlham Əliyev məni gənc yaşda etdiyim səhvə görə bağışladı"


Digərləri 25 May 2018 12:46:00 327 0

"Prezident İlham Əliyev məni gənc yaşda etdiyim səhvə görə bağışladı"

Prezident İlham Əliyev məni gənc yaşda etdiyim səhvə görə bağışladı.

Son.az xəbər verir ki, bunu Trend-ə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 30 oktyabr tarixli hökmü ilə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş Sənan Quliyev deyib.

S.Quliyev qız qaçırdığına görə Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə adam oğurluğunda təqsirləndirildiyini bildirib:

"İndi sevincimin həddi-hüdudu yoxdur. Qalan 7 il 1 aylıq cəzamı cənab Prezident bağışladı. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Məni gənc yaşımda etdiyim səhvə görə bağışladı. Ömrüm boyu dövlət başçımıza minnətdar olacağam".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.