BFB-nin Listinq Məsləhət Proqramına ilk dəfə xarici şirkət qoşulub


İqtisadiyyat 25 May 2018 11:48:11 295 0

BFB-nin Listinq Məsləhət Proqramına ilk dəfə xarici şirkət qoşulub

Bu, Böyük Britaniyanın "The Finsbury Group Limited" şirkətidir

"Bakı Fond Birjası" QSC-nin (BFB) kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə ilk dəfə olaraq xarici şirkət “The Finsbury Group Limited” qoşulub.

"Report" BFB-yə istinadən xəbər verir ki,bununla əlaqədar ötən gün tərəflər arasındasaziş imzalanıb.

"The Finsbury Group Limited" Böyük Britaniya şirkəti olmaqla ictimaiyyətlə əlaqələr vəinvestorlarla əlaqələrin qurulması üzrə ixtisaslaşıb. Onun15-dən çox ölkədə rəsmi nümayəndəliyi var.

Sazişə əsasən şirkət LMP çərçivəsində investisiya şirkətləri ilə strateji əlaqələrin qurulmasına və PR xidmətlərinədəstək göstərəcək.