ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq edib


Dünya 25 May 2018 12:22:00 240 0

ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq edib

Onlar SEPAH-la əlaqədə olduqları üçün sanksiyaya məruz qalıblar

ABŞ İranın bir neçə aviaşirkətinə qarşı sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, məlumatı “France Press” agentliyi yayıb.

Həmin mülki aviaşirkətlər İran İslamİnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ilə əlaqədə olduqları üçün sanksiyaya məruz qalıblar.

Məlumata görə,ABŞ-ın Maliyyə Nazirliyinin "qara siyahı"sındaİranın “Mahan Air”, “Caspian Air”, “Meraj Air” və “Pouya Air” hava yollarının adları var.

Eyni zamandaİran və Türkiyənin 9 fiziki və hüquqi şəxsi bu şirkətlərin təyyarələrinə ehtiyat hissələri əldə etməyə yardım göstərdikləri üçün sanksiyaya məruz qalıblar.