Azərbaycanda əmək haqqından ödənilən vergilər azaldıla bilər


İqtisadiyyat 25 May 2018 12:11:04 353 0

Azərbaycanda əmək haqqından ödənilən vergilər azaldıla bilər

Vergilər Nazirliyi bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə danışıqlar aparır

"Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqındna ödənilən vergilərinazaldılması ilə bağlı müzakirələr aparır".

"Report" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

"Əmək haqları üzrəvahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir", - o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və ortasahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub: "Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər.Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir".

Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görəcəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.