Neftçalada qadın iki körpəsi ilə birlikdə yoxa çıxdı


Digərləri 25 May 2018 11:54:00 260 0

Neftçalada qadın iki körpəsi ilə birlikdə yoxa çıxdı

Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb.

Son.az report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər.