Bu yolun yenidən qurulması ilə 120 mindən çox əhalinin gedişgəlişi asanlaşacaq FOTO


Digərləri 25 May 2018 11:41:00 324 0

Bu yolun yenidən qurulması ilə 120 mindən çox əhalinin gedişgəlişi asanlaşacaq  FOTO

Şirvan-Salyan avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Şirvan-Salyan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Yol boyu torpaq yatağında, həmçinin örtükdə qabarma və dağılmalar yaranmışdı. Bu isə rahat şəkildə gediş-gəlişə maneəşilik yaradırdı. Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.

Uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.

II texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15 m təşkil edir. Bura 7,5 m enində hərəkət hissə və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3,75 m təşkil edəcək.


Xəbərə aid fotolar