Azərbaycanda sabahdan ov mövsümü açıq elan olunur


Sosial 25 May 2018 11:34:00 244 0

Azərbaycanda sabahdan ov mövsümü açıq elan olunur

"Xarici ovçular daha çox qaban ovu və çöl quşlarının ovuna üstünlük verirlər"

Azərbaycanda sabahdan, mayın 26-danov mövsümü açıq elan olunur.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövsüm 2019-cu ilin mart ayının 16-na qədər davam edəcək: "Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək. Ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Qanunvericilikdə xarici vətəndaşların da ov etməsinəicazə verilir. Ancaq xarici ovçu da qanunlara əməl etməlidir. Biz çalışacağıq ki, xarici vətəndaşlarla işləyən şirkətlər onların maariflənməsini təşkil etsinlər".

Direktor müaviniqeyd edib ki, yerli və xarici vətəndaşlar üçün rüsum eynidir: "Xarici ovçular daha çox qaban ovu və çöl quşlarının ovuna üstünlük verirlər".