“Mənə kömək edin, ömrümə az qalıb”


Kriminal 25 May 2018 11:32:00 361 0

“Mənə kömək edin, ömrümə az qalıb”

Mərhum xalq artisti, tanınmış bəstəkar Şəfiqə Axundovanın bacısı Nəhayət Axundova ağır vəziyyətdədir. O, bacısının adının əbədiləşməsi üçün kömək istəyib.

Son.az xəbər verir ki, yenicag.az-a danışan N. Axundova əlaqədar qurumlara müraciət edib.

"Bacım Şərqdə ilk qadın bəstəkardır ki, opera yazıb. Üzeyir Hacıbəyli kimi dahinin tələbəsi olub. Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirib, bütün mükafatlarla təltif edib. Şəfiqənin doğulub, boya-başa çatdığı Şəki şəhərində adının əbədiləşdirilməsini, ev muzeyinin yaradılmasını istəyirəm.

Gələn il bacımın 95, vəfatının da 4 illiyidir. Arzumdur ki, onun adı əbədiləşsin. Heç olmasa doğulduğu Şəkidə adına muzey yaradılsın. Atamızın evində indi başqa adamlar yaşayır. Onlar da pul müqabilində evdən çıxmağa razıdır. Həmin evi alıb, muzey etmək lazımdır. O ev tarixi məkanda yerləşir. Şəkiyə gedən turistlər oranı gözəl tanıyır. İstərdim ki, həmin ev alınıb, muzey kimi fəaliyyət göstərsin. Gənc nəsil gəlib musiqiləri, yaradıcılığı ilə tanış olsun. Yetişən nəsil bilsin ki, belə bir bəstəkar yaşayıb".

N.Axundova dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etdiyini deyib: