13 saylı cəzaçəkmə müəssisəsindən 41 məhkum azadlığa buraxılıb


Digərləri 25 May 2018 11:15:00 268 0

13 saylı cəzaçəkmə müəssisəsindən 41 məhkum azadlığa buraxılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 41 məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.


Xəbərə aid fotolar