Neftçalada qadın iki körpəsi ilə birlikdə itkin düşüb


Sosial 25 May 2018 11:09:16 224 0

Neftçalada qadın iki körpəsi ilə birlikdə itkin düşüb

Qadının qohumları Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər

Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb.

“Report”un xəbərinə görə, 1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər.