Bakıda 500 manata tapança satmaq istəyən şəxs ələ keçdi FOTO


Kriminal 25 May 2018 11:09:00 239 0

Bakıda 500 manata tapança satmaq istəyən şəxs ələ keçdi  FOTO

Bakıda 500 manata odlu tapança satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə E.Babayev küçəsində Şahin adlı şəxsin 500 manata odlu silah satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs, Kürdəmir rayon sakini əvvəllər məhkum olunmuş Şahin Kərimov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd "PSM" markalı tapança və içərisində 2 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir müddət bundan əvvəl yaşadığı Kürdəmir rayonunda tapdığını və satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.


Xəbərə aid fotolar