Azərbaycanda investisiya fondu yaradıla bilər


İqtisadiyyat 25 May 2018 10:49:34 273 0

Azərbaycanda investisiya fondu yaradıla bilər

İcraçı direktor: "Bununla bağlı təkliflər var"

"Azərbaycanda investisiya fondunun yaradılması ilə bağlı təkliflər var".

“Report” xəbər verir ki, bunu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Allahverdi Paşayev deyib.

Onun sözlərinə görə, bu məsələdə əsasən xarici şirkətlər, eləcə də bəzi yerli şirkətlər maraqlıdır.

“Hələlik təkliflər qiymətləndirmə mərhələsindədir. İnvestisiya fondunun yaradılması kənd təsərrüfatı da daxil olmaqla qeyri-neft sektorunun inkişafına istiqamətlənib”.