Əfvə düşən qadın məhkumlar azad edilirlər... FOTO


Digərləri 25 May 2018 11:00:00 311 0

Əfvə düşən qadın məhkumlar azad edilirlər...  FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb.

Tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova da iştirak edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.