Oqtay Əsədov Gürcüstana gedir


Siyasət 25 May 2018 10:42:00 244 0

Oqtay Əsədov Gürcüstana gedir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 26-da Gürcüstana səfər edəcək.

Son.az report-a istinadən xəbər verir ki, səfərdə məqsəd Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatılmaqdır.

O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, deputatlar və digər rəsmi şəxslər daxildir.  

Qeyd edək ki, mayın 26-da Gürcüstan Demokratik Respublikanın yaranmasının 100 ili tamam olur. Bununla bağlı Tbilisidə geniş tədbir keçiriləcək. 

Mərasimdə 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcəklər.