UEFA "Fair-play" qaydalarını sərtləşdirdi


İdman 25 May 2018 10:42:00 261 0

UEFA "Fair-play" qaydalarını sərtləşdirdi

UEFA İcraiyyə Komitəsi klubların lisenziyalaşdırma qaydalarında maliyyə “fair play”i ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Bu addım klublarda maliyyə şəffaflığını artırmaq üçün atılıb. Dəyişikliklərə əsasən, klublar agentlərə ödəmələr də daxil olmaqla, bütün maliyyə məlumatlarını dərc etməlidirlər. Futbol əməliyyatları, xüsusən də transferlərlə bağlı uçot və hesabatlarda konkret tələblər olacaq.

UEFA klubların maliyyə problemlərinin aradan qaldırılmasına kömək məqsədi ilə nəzarəti gücləndirəcək. Bu, borcu olan klubların transferlər zamanı müəyyən ediləcək məbləğ səddini aşmamalarını diqqətdə saxlamaq imkanı verəcək.

Qeyd edək ki, UEFA tərəfindən maliyyə “fair-play”i layihəsi 2009-cu ildə təsis edilib. Yeniliklər 2011/2012 mövsümündən tətbiq edilməyə başlayıb. Qaydalara əsasən, klublar transferlərə qazanclarından çox xərcləyə bilməzlər.