Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncədə həyata keçirir


Digərləri 25 May 2018 10:45:00 312 0

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncədə həyata keçirir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncə şəhərində həyata keçirir.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncə şəhərində həyata keçirir. Mərkəzin Elmi təşkilati-metodik bölmənin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, mayın 24-dən başlayan səyyar klinika mayın 26-da yekunlaşacaq. Aksiyanın məqsədi gəncəli pasiyentləri müayinə və müalicə, hətta ehtiyac olduğu zaman cərrahi əməliyyat etməkdir. Daha ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, eyni zamanda mərkəzin Gəncə filialına gəlmələrinə şərait yaradılır.