DİN: "Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan məlumatlar doğru deyil"


Digərləri 25 May 2018 10:33:00 314 0

DİN: "Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan məlumatlar doğru deyil"

“Həmin şəxs sağ-salamatdır”

Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Son.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov report-un sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil.

O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb:

"Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin ki, vəkili məlumat yayacaq".