Kim sözünün üstündə durdu,


Dünya 25 May 2018 10:40:00 295 0

Kim sözünün üstündə durdu,

Şimali Koreya Xalq-Demokratik Respublikasında ölkənin yeganə məşhur nüvə poliqonu olan Punqeri partladılıb.

Son.az AsiaOne-a istinadən bildirir ki, poliqonun partladılaraq sıradan çıxarılması mərasimində dünyanın müxtəlif ölkələrindən jurnalistlər və ekspertlər iştirak ediblər.

Poliqon Hamqen-Pukto vilayətindəki Phunqeri bölgəsindədir.

Rəsmi Pxenyan bu poliqonu Koreya yarımadasının nüvə silahından təmizlənməsi anlaşması çərçivəsində sıradan çıxaracağını bəyan etmişdi.

Punqeridəki partlayış zamanı elmi-tədqiqat laboratoriyası, yeraltı tunellər və müxtəlif texniki tikililər məhv edlilib.

Phunqeri poliqonunda 2006-2017-ci illərdə 6 nüvə sınağı keçirilib, habelə termonüvə bombası sınanıb.

ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanın lideri Kim Çen Inla görüşü təxirə saldığını deyib.

Görüş iyunun 12-də Sinqapurda olmalı idi.

Donald Tramp bunu Kim Çen Ina yolladığı məktubunda yazıb.

"Əfsuslar olsun ki, son vaxtlar verdiyiniz bəyanatlardakı aşkar düşmənçilik və qəzəbi nəzərə alaraq danışıqların keçirilməsini məqbul saymıram. Bəhs etdiyim səbəbdən də bu məktubu iki ölkənin zirvə görüşünün baş tutmayacağı barədə rəsmi xəbərdarlıq saya bilərsiniz", - Trampın məktubunda deyilir.

Tramp daha sonra yazıb: "Sammitin hazırlanması üçün Şimali Koreyadan olan həmkarımın sərf etdiyi səbri, vaxtı və səyləri dəyərləndirirəm. Məhz Phenyan danışıqların təşəbbüskarı idi. Lakin bu, bizim üçün heç bir əhəmiyyət kəsb etmir.

Siz nüvə potensialınız barədə danışırsınız. Amma bizim potensialımız o qədər genişmiqyaslı və güclüdür ki, ondan heç zaman istifadə etməmək üçün Tanrıya yalvarıram. Bununla belə, gözəl dialoq üçün sizə minnətdaram. Ümid edirəm ki, görüşümüz nə zamansa baş tutacaq".

Analitiklərin fikrincə, danışıqların baş tutmasının əsas səbəbkarı məhz ABŞ-dır. Belə ki, rəsmi Vaşinqton Pxenyandan birtərəfli, heç bir şərt olmadan nüvə silahından imtinanı tələb edir. Mümkün kompensasiyalara isə sonradan baxılacaq.

Şimali Koreya isə problemin mərhələli həllini təklif edir, hər iki tərəfin paralel güzəştlərə getməsini istəyir.

Mayın 20-də isə ABŞ və Cənubi Koreyanın Hərbi Hava Qüvvələri "Max Thunder" adlı birgə təlimlərə başlayıblar.

Srağagün ABŞ-ın vitse-prezidenti Maykl Pens Fox News-a verdiyi açıqlamasında deyib: "Əgər Şimali Koreya nüvə silahından imtina etməsi, orada Liviyada yaşanan və Müəmmər Qəddafinin devrilməsi ilə bitən hadisələr baş verəcək".

Videonu izləmək üçün şəklə klikləyin: