Əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub


Sosial 25 May 2018 10:09:00 325 0

Əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

29 nəfər azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

“Report”un məlumatına görə, müssisədə keçirilən tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov, 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovlik-leytinantı Etibar Məmmədyarov və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Daha sonra cəzaçəkmə müəssisəsindən 29 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 634 nəfərə şamil ediləcək.