Bakıda ADR-in 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir


Siyasət 25 May 2018 10:11:10 254 0

Bakıda ADR-in 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

XİN başçısı: "Bu gün müasir Azərbaycan ADR hüquqi varisidir"

"Daxili və xarici problemlərə baxmayaraq, Azərbaycan Demokratik Respublikası (ADR) dövlətin mövcudluğu üçün bütün lazımi ictimai və dövlət institutlarını yaratmağı, insan hüquq və azadlıqlarını təmin etməyi, eləcə də xarici əlaqələri gücləndirməyi bacarıb".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində ADR-in 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edərkən deyib.

XİN başçısının sözlərinə görə, bu gün müasir Azərbaycan ADR hüquqi varisidir və ilk respublikada olan prinsiplər əsasında fəaliyyət göstərir.

E.Məmmədyarov qeyd edib ki, ADR həm də milli identikliyin formalaşmasına böyük diqqət ayırıb və bu məqsədlə təhsil sahəsində böyük işlər görülüb, o cümlədən ilk dövlət universiteti yaradılıb.

"Həmin vaxt beynəlxalq arenada öz yerini tapmaq çətin idi, lakin ADR sıfırdan diplomatik əlaqələr qurdu", - E.Məmmədyarov vurğulayıb. O xatırladıb ki, o vaxtlardan ermənilər bəzi ölkələrin dəstəyi və xristian həmrəyliyinə bel bağlayaraq Azərbaycana qarşı ərazi iddialarını irəli sürüb.